RU

İnformasiya və rabitə sektorunun gəlirləri 7%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 1416,9 milyon manat dəyərində xidmət göstərilib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,3% çoxdur.

Bu göstəricinin 74,3%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34,6%-i və ya 490,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Избранный
12
2
apa.az

3Источники