RU

Dənizə uşağı ilə birgə gedənlərə XƏBƏRDARLIQ

Yay mövsümündə çimərliklər uşaqlı ailələrin ən çox üz tutduğu istirahət məkanlarıdır.

Lakin bu istirahət məkanlarında ehtiyatsızlıq, diqqətsizlik və məlumatsızlıq səbəbindən uşaqlar üçün həyati təhlükə yarana bilər. Mütəxəssislər valideynlərə çimərlikdə uşaqlar üçün 6 əsas təhlükəni və onlardan qorunma yollarını xatırladır.

News24.az sözügedən qaydaları təqdim edir:

1. Dərin və dalğalı sulardan uzaq saxlayın

Uşağın dənizin yalnız dayaz və sahilə yaxın hissəsində olması şərtdir. Ən kiçik dalğa belə uşağı yıxıb panikaya salaraq boğulma təhlükəsi yarada bilər.

2. Üzmə vasitələri mütləqdir

Uşaq üzməyi yaxşı bacarsa belə, üzmə kəməri, qolluq və digər təhlükəsizlik vasitələri geyindirilməlidir. Qısa bir anlıq nəzarətsizlik ciddi faciə ilə nəticələnə bilər.

3. Heç vaxt tək buraxmayın

Uşaq suya girdiyi andan etibarən daimi nəzarət altında olmalıdır. Valideyn və ya böyük bir şəxs tam diqqətini ona yönəltməlidir. Telefona baxmaq və ya söhbətə dalmaq təhlükəlidir.

4. Günəşdən qoruma vacibdir

Uşaqların dərisi daha nazik və həssasdır. Onlar üçün SPF 50+ günəş kremi istifadə edilməlidir. Unutmayın, ultrabənövşəyi şüalar buludlu havada da təsirlidir. Açıq rəngli, yüngül geyimlər geyindirmək də dərini qorumağa kömək edir.

5. Soyuq suya tədricən öyrəşdirin

Uşağı birdən-birə soyuq suya salmaq olmaz – bu, bədəndə şok reaksiyası və tənəffüs çətinliyi yarada bilər. Suya əvvəlcə ayaqdan daxil olmaq, tədricən öyrəşmək tövsiyə olunur.

6. Su içməyi unutdurmayın

Oynayan uşaq susadığını hiss etməyə bilər. Bu isə gizli susuzluq və günvurma riski yaradır. Uşağa mütəmadi olaraq su içirtmək lazımdır – susuzluq hissini gözləmədən./baku.ws

Избранный
5
7
news24.az

8Источники