Bakı, 17 iyun, AZƏRTAC
Metodistlərin seçimi sertifikatlaşdırmadan keçmiş müəllimlər arasından aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva iyunun 17-də keçirilən brifinqdə deyib.
“Hazırda metodist müəllimlərə böyük ehtiyac var. Düşünürük ki, sertifikasiya imtahanından sonra bu seçimləri aparmaq bizim üçün daha asan olacaq”, - deyə Nəzakət Mehdiyeva əlavə edib.