RU

Şağlamlığımızın keşiyində duranlar

17 iyun – insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin peşə bayramı günüdür. Əhaliyə sağlamlıq bəxş edən tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmək,belə gündə onların yanında olmaq biz insanların bir vəfa borcudur.Ordu ölkənin təhlükəsizliyini,ərazisini qoruyursa,tibb işçiləridə əhalinin sağlamlığını qoruyur.Sağlamlığımızı etibar etdiyimiz tibb işçilərinin belə xoş günündə onlarında xoş sözə ehtiyacı var.Mən də bir vətəndaş kimi,illərlədir ki,mənim,ailəmin qayğısını çəkən,dərdlərinə çarə tapmağa çalışan daimi həkimlərimizi kiçik bir təbriklə yad etmək istərdim.

Təbriklərimi ölkəmizin çoxminli tibb işçilərinə, xüsusən də Səbail rayonu 2 saylı Şəhər  Poliklinikasının rəhbərliyinə,həkimlərinə,bütün tibb personalına ünvanlayıram.2 saylı şəhər poliklinikasında  xəstə-həkim münasibətlərinin   yüksək səviyyədə olmasının nəticəsidir ki,bu tibb ocağı barədə xoş sözlər soyləməklə bir növ onları peşə bayramları günündə az da olsa sevindirməyi ozümə borc bilirəm.  Uzun illər ailəmlə birlikdə bu tibb ocağının xidmətindən yararlanırıq. 2 saylı Şəhər poliklinikası hər zaman şəhər poliklinikaları arasında  nizam-intizamı,əhalinin sağlamlığı istiqamətində ondə gedən tibb ocaqlarından biri olmuşdur.Etiraf edək ki,bəzi zamanlarda buradada neqativ hallar olmuş,ancaq tezliklə aradan qaldırılmışdır.

Son 2 ili isə bu poliklinikanın yüksəliş dövrü kimi xarakterizə etsək daha doğru olar.Poliklinikanın Baş həkimi Könül Mustafayeva bu poliklinikanın əvvəlki şöhrətini,nüfuzunu yüksək səviyyəyə qaldırmağı bacarmışdır.Burada hər bir tibb işçisi əhaliyyə tibbi xidmət göstərməyi az qala zövq məsələsinə çevirmişdir.Bu yüksək təşkilatçılığın bəhrəsidir.Minlərlə sakinə eyni diqqət və qayğı,gözəl xidmət göstərmək,vətəndaş məmmunluğunu yüksəkdə tutmaq xəstə insanlara ən gözəl tibbi yardım deməkdir.

2 saylı şəhər  poliklinikasının rəhbərliyini,kollektivini Peşə bayramları münasibətilə ürəkdən təbrik edir,onlara sağlamlığımız yolunda yorulmaz fəaliyyətlərində uğurlar arzulayıram.  Bir vətəndaş olaraq  tövsiyyəm odur ki,Sizin  xöş münasibətləriniz xəstələrə dərmandan çox təsir edən şəfanızdır.Beləcə davam edin.

Məzahir Həsənov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
7
moderator.az

1Источники