RU

21 ölkə İsrail İran savaşı haqda bəyanat yaydı Tərəflər dialoqa çağırılıb

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ərəb və İslam ölkələri İsrailin iyunun 13-dən İrana başlatdığı hücumlarını pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar tərəfləri regional sakitliyə və "nüvəsizləşmə"yə çağırıblar.

Məlumata görə, Misirin xarici işlər naziri Bədr Əbdülətinin diplomatik səylərindən sonra 21 ərəb və İslam ölkəsinin xarici işlər nazirləri tərəfindən ortaq yazılı bəyanat yayılıb.

Misirin MENA xəbər agentliyinin məlumatına görə, birgə bəyanatı İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Bruney, Türkiyə, Çad, Qambiya, Əlcəzair, Komor adaları, Cibuti, Səudiyyə Ərəbistanı, Sudan, Somali, İraq, Oman, Qətər, Küveyt, Liviya, Misir və Mauriya imzalayıb.

Birgə bəyanatda İsrailin iyunun 13-dən İrana hücumları və beynəlxalq hüquqa, BMT-nin prinsip və məqsədlərinə zidd olan bütün hərəkətləri pislənilib.

21 ölkə İsraili digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, mehriban qonşuluq münasibətlərinə təcavüzlərinə son qoymağı və  mübahisələrin sülh yolu ilə həllinə hörmət etməyi tələb ediblər: "İrana hazırkı hücum bütün regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi nəticələrə səbəb ola bilər. Əlbəttə, bu gərginliklə bağlı dərin narahatlıq var. İsrail İrana hücumlarını dayandırmalıdır. Bu, mütləq və vacibdir. Eyni zamanda, hər kəs nüvə silahlarından və digər kütləvi qırğın silahlarından əl çəkməli, azad Yaxın Şərqin qurulmasında fəla rol almalıdır. Bölgədəki bütün ölkələr tezliklə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin ciddi şəkildə iştirakçısına çevrilməlidir"

Bəyanatda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən qorunan nüvə obyektlərinin hədəfə alınması da yolverilməz sayılıb: "Bu,1949-cu il Cenevrə Konvensiyasına, beynəlxalq hüquq və humanitar hüququn açıq şəkildə pozulması deməkdir"

Daha sonra İranın nüvə proqramı ilə bağlı dialoqun mütləqliyinə diqqət çəkilib.

Tahir Şəlvəli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
mia.az

4Источники