RU

İşğaldan azad ediləm ərazilərdə məskunlaşan əhalinin sayı AÇIQLANDI

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldanazad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”naəsasən 01.06.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərinbərpa olunmuş yaşayış məntəqələrinə 14 843 nəfərdən ibarət 3 721ailənin qayıdışı təmin edilib.

Trend xəbərverir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ciilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafınınmakroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə,həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuqişləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayanşəxslərin və onların ailə üzvlərinin sayı isə 32 216 nəfər təşkiledib.

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan1 150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmişərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 48 209 nəfər təşkiledib.

Məqalədə:
Избранный
10
3
az.trend.az

3Источники