RU

Nurlan İsmayılbəyli: Ümidimiz odur ki, bütün müəllimlərimiz ən yüksək nəticə göstərmiş müəllimlər olacaqlar

Nurlan

"Sertifikatlaşdırmanın mahiyyəti müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması və onların təlim ehtiyaclarının müəyyənləşdirilməsidir".

1news.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, nəticələr arasında yüksək göstəricilər sevindiricidir:
"Yaxşı xəbər odur ki, 85 faizdən yuxarı nəticə göstərmiş – bizim "daha yaxşı, ən yaxşı" adlandırdığımız – müəllimlərimiz var. 30–50 bal arasında nəticə göstərmiş müəllimlərimiz də mövcuddur. Artıq üçüncü bir kateqoriya – zəif nəticə göstərən – bölgümüz yoxdur. Ümid edirik ki, gələcəkdə bütün müəllimlərimiz ən yüksək nəticə göstərənlər sırasına daxil olacaqlar".

Избранный
17
1news.az

1Источники