RU

Fransa - Azərbaycan matçı PSJ-nin stadionunda keçiriləcək

UEFA DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan matçının məkanını təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, qarşılaşma PSJ-nin ev oyunlarını keçirdiyi Parisdəki "Park de Prens" stadionunda baş tutacaq. Arena 48 minə yaxın tamaşaçı tutumuna malikdir.
 
Fransa - Azərbaycan oyunu oktyabrın 10-u Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
 
Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq.
Избранный
2
4
moderator.az

9Источники