RU

Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 33 yaşlı Fidan Məmmədova saxlanılıb.

XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, o, 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq ümumilikdə 42 min manata yaxın pul ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

F.Məmmədovanın oxşar əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə polisə məlumat vermələri xahiş olunur.

Xəbər 6 dəfə oxunub.
Избранный
6
xezernews.az

1Источники