RU

Samuxda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

 

Bakı, 17 iyun, AZƏRTAC

“Konstitusiya və Suverənlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Samux Rayon İcra Hakimiyyətinin, “AzEkol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Samux rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, xüsusilə uşaqların aktivliyi ilə seçilən tədbirdə Samux sakinləri ümumi tutumu 4 min 443 litr olan plastik butulka təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Tədbir zamanı uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyunlar keçirilib, rəsmlər çəkilib.

Qeyd edək ki, “Tullantıları hədiyyələrə dəyiş” festivalı tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, tullantıların düzgün idarə olunmasını stimullaşdırmaq məqsədilə təşkil edilib.

 

Избранный
4
azertag.az

1Источники