RU

Taxıl sahələrinin 21%-də biçin başa çatıb

Bakı. Trend:

Taxıl sahələrinin 21%-ində biçin başa çatıb. Biçin aparılmış 196064 hektar sahədən 631 824 ton məhsul yığılıb. Hazırda respublikadataxıl üzrə orta məhsuldarlıq 32,2 sent/ha təşkil edir.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumatverilib.

Bildirilib ki, biçin prosesi əsasən Aran rayonlarının arpasahələrində aparılır. Bu il respublikada 426 623 hektar sahədəpayızlıq arpa əkini həyata keçirilib:

"Hazırda əkin sahələrinin 42,5%-də biçin başa çatıb. Arpa üzrəorta məhsuldarlıq 32 sent/ha təşkil edir.

Hazırda 43 rayonda arpa biçini gedir. Cəlilabad, Bərdə,Neftçala, Salyan və Yevlax rayonlarında arpa biçini artıqyekunlaşmaq üzrədir. Bu rayonlarda arpa sahələrinin 90%-dən çoxubiçilib. Arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul (40 sent/ha),Bərdə (39,4 sent/ha), Sabirabad (38,7 sent/ha) və Salyan (38,4sent/ha) rayonlarında qeydə alınıb".

Qeyd edilib ki, yaxın günlərdə bölgələrdə buğda biçininə startveriləcək.

"İyunun 16-da taxıl biçinində 1415 kombayn iştirak edib.Onlardan 579-u “Aqroservis” ASC-nin, 836-sı isə fiziki və hüquqişəxslərin mülkiyyətində olan texnikalardır. Hazırda ən çox kombaynCəlilabad (125), Şəki (116), Neftçala (82) və Kürdəmir (78)rayonlarının taxıl sahələrində biçin aparır.

Arpa biçininin yekunlaşmaqda olduğu və yüksək məhsuldarlıq əldəolunan rayonlardan biri də Sabirabad rayonudur. Bu il Sabirabadrayonunda 20 290 hektar sahədə payızlıq taxıl əkini aparılıb: 10904 hektar sahədə buğda, 9 387 hektar sahədə isə arpa əkilib. Artıqrayon üzrə arpa sahələrinin 70%-ində, taxıl sahələrinin isə2,3%-ində biçin yekunlaşıb. Arpa üzrə orta məhsuldarlıq 38,7sent/ha, buğda üzrə isə 43,4 sent/ha təşkil edir.

Biçin prosesinə ümumilikdə 64 kombayn cəlb olunub. Bunlardan23-ü “Aqroservis” ASC-nin, 41-i isə fiziki və hüquqi şəxslərinmülkiyyətində olan texnikalardır. Biçin növbəlilik prinsipi iləaparılır. “Aqroservis” ASC tərəfindən tələbata uyğun olaraq biçinaparılmayan bölgələrdən Sabirabad rayonuna kombaynlarındislokasiyası həyata keçirilir", - məlumatda deyilir.

Избранный
26
10
az.trend.az

10Источники