RU

“Survivor ilə var olmadıq ki, onunla da yox olaq” - Batuhan Karacakaya

“Survivor 2025” yarışmasının qalibi Adem Kılıççı, ikinci yeri isə Batuhan Karacakaya tutdu. 

Sherg.az xəbər verir ki, finaldan sonra ilk paylaşımını edən Batuhan, bu sözlərlə diqqət çəkib:

“Haqqlı olan bu imiş. Survivor ilə var olmadıq ki, onunla da yox olaq.”

Finaldan sonra səssizliyini pozan Karacakaya sosial mediada paylaşım edərək gecikməsinin səbəbini açıqladı:

“Bağışlayın, bu video gec oldu. Məni maraqlandığınızı bilirəm. PIN kodumu unutmuşdum, evə gedib tapmalı oldum. Amma ev köçmüşdü, üstəlik təmir gedirdi, buna görə xəttim bağlandı.”

“Finala çıxmaq çox çətin idi”
“Çox çətin bir mövsüm keçirdik. Möhtəşəm dəstək gördük. Qalib gəlmək də, uduzmaq da bu işin bir parçasıdır. Məqsədimiz ilk 15-lik deyildi, çempionluq idi. Finala çıxmaq çox çətindir. Amma ora çıxıb tribunalı doldurmaq daha böyük uğurdur. Sonuna qədər mübarizə apardım. Sadəcə qismət olmadı. Oyunda da demişdim: ‘Axırda ölüm yoxdur.’”

Karacakaya, Acun Ilıcalı və Survivor hesablarını izləmədən çıxmasına dair verilən suallara isə belə cavab verdi:
“Bəzi şeylərin hekayəsini məndən ayrı düşünün.”

Избранный
6
1
sherg.az

2Источники