RU

Tramp Makronu təhqir etdi: Emmanuel həmişə səhv başa düşür"

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu onun G7 sammitini təcili tərk etməsinin səbəbini səhv başa düşməkdə günahlandırıb. 

Demokrat.az
xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb. 

Tramp qeyd edib ki, Makron onu sammiti erkən tərk etməyə məcbur edən səbəbləri düzgün anlamayıb. O, işarə edib ki, bu, Yaxın Şərqdə atəşkəsdən daha mühümdür. 

“İctimaiyyətin diqqətini cəlb etməyə can atan Fransa prezidenti Emmanuel Makron səhv olaraq bildirib ki, mən Kanadadakı G7 sammitini qoyub getmişəm,  İsrail və İran arasında “atəşkəs” üzərində işləmək üçün Vaşinqtona qayımışam. Yanlış!”, - deyə Tramp vurğulayıb. 

ABŞ prezidenti bildirib ki, onun təcili getməsi heç bir halda Yaxın Şərqdəki atəşkəslə bağlı deyil: “Bu, daha böyük məsələdir. Bilərəkdən, ya bilməyərəkdən, Emmanuel həmişə səhv başa düşür”.

Избранный
5
demokrat.az

1Источники