RU

"BTQ kəmərinin modernləşməsi üçün ciddi şəkildə investisiya qoyuldu" - İQTİSADÇI AÇIQLADI

"Son zamanlar tranzit gəlirlərində artım var, amma rəqəmlər olduqca kiçikdir. Gəlirlər buraya qoyulan investisiyaları doğrultmur. Bu sahədə olduqca zərərlər var. Həmin quruma aid olan şəxslər, mərkəzi hökümətdən və əhalidən bir növ israflarını gizlətmək üçün bu cür artım statistikalarına istinad edirlər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, düzdür, tranzit sahədə olan gəlirlərə beynəlxalq aləmdə olan hadisələrdə təsir edir: "Lakin ən əsası düzgün infrastrukturun qurulması olduqca vacibdir. Bununla yanaşı qurumlar və nazirliklər tərəfindən yaradılmış süni maneələrdə tranzit sahəsinə olduqca təsir edir.

Neft və qaz tranzitindən gələn gəlirlər keçən il üçün olduqca kiçik olub. 2023-cü ildə büdcə proqnozu 15 milyon üzəri idi. Lakin gözlənilən nəticə olduqca aşağı oldu. Bunun səbəblərindən biri Ukraynada gedən müharibə idi. Ümumilikdə hal-hazırda əsas istiqamət Çin-Avropa tranzit xəttidir. Burada düzgün qlobal xəttə qoşulmaq lazımdır. Bu isə Azərbaycanın region ölkələri ilə birgə əməkdaşlığından keçir. Yəni sadəcə Azərbaycanın hər hansı bir infrastruktur yaratması kifayət etmir".

İqtisadçı qeyd edib ki, Bakı-Tbilisi-Qars kəmərinin modernləşməsi üçün ciddi şəkildə investisiya qoyuldu: "Lakin bundan Azərbaycanın potensialı üçün istifadə edilmir. Yəni əhali istifadə edə bilmir, çünki quru sərhədlər bağlıdır. Bu vəziyyət bir tərəfdən də səmərəliyi xeyli aşağı sallır. Bununla yanaşı bu hal AZAL-ın olduqca xeyrinədir. Çünki insanlar təyyarə ilə gedib- gəlməyə üstünlük verirlər. AZAL qiymət manopoliyasından sui-istifadə edir. Bu vəziyyət ölkə iqtisadiyyatına olduqca böyük zərər vuru. Bunun nəticəsində qiymətlər bahalaşır, eyni zamanda subsidiyaların qiymətləridə yüksəlir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolu kəmərinin işləməməsi səmərəsizliyin artmasına gətirib çıxarır. Bu barədə ciddi şəkildə elektron gömrük islahatları lazımdır. Rəsmiləşmələr daha şəffaf və sürətlə həyata keçirilməlidir".

Müəllif: Xeyrənsə Piriyeva
Избранный
6
1
sia.az

2Источники