RU

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb

Qaraçuxur
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanaraq götürülüb. Daxili İşlər Nzirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, o, narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Избранный
4
13
1news.az

10Источники