RU

Çin və Türkmənistan liderləri Astanada danışıqlar aparıblar

ain.az bildirir, 525.az portalına istinadən.

İkinci Mərkəzi Asiya-Çin sammitində iştirak etmək üçün Qazaxıstanda işgüzar səfərdə olan Çin və Türkmənistan liderləri Si Cinpin və Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib.

525.az xəbər verir ki,  görüşdə ikitərəfli və regionlararası əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Danışıqlar zamanı region ölkələri ilə Çin arasında mövcud çoxtərəfli dialoq mexanizminin konstruktiv xarakteri qeyd olunub. İkitərəfli və regionlararası əməkdaşlığın əsas istiqamətlərinə, o cümlədən ticarət-iqtisadi əlaqələr, enerji, nəqliyyat və kommunikasiya layihələri, mədəni və humanitar mübadilələrə toxunulub.

Çin Sədri Si Cinpin iki ölkə arasında mövcud olan əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib. O bildirib ki, Çin Türkmənistanla qarşılıqlı faydalı fəaliyyətə əsaslanan əməkdaşlıq potensialını tam şəkildə üzə çıxarmaq üçün işləməyə hazırdır.

Türkmənistan-Çin tərəfdaşlığından danışan həmsöhbətlər onun strateji və uzunmüddətli xarakterini, ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və genişləndirilməsinə yönəldiyini vurğulayıblar ki, bu da Türkmənistan və Çin liderləri arasında yüksək etimad və dostluq münasibətləri ilə şərtlənir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
525.az

1Источники