Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiya rejimini daha da sərtləşdirib. Sanksiya siyahısına əlavə olaraq 10 yeni şəxs və 20 gəmi adı daxil edilib.
Bizim.Media xəbər verir ki, məlumat Böyük Britaniya Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən yayılıb.
Eyni zamanda vurğulanır ki, Britaniya Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Araşdırmaları Baş İdarəsinə də sanksiyalar tətbiq edib.
Bu addım Böyük Britaniyanın Rusiya hərbi və texnoloji infrastrukturlarına təzyiqini artırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта