RU

Aleksandr Çertoqanov: "Millidəki futbolçular özlərinə inanmırlar"

"Millidəki futbolçular özlərinə inanmırlar".

İdman.biz xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Aleksandr Çertoqanov deyib.

Yığmanın sabiq üzvü komandanın uğursuz çıxışı barədə danışıb: "Milli komandada nəyə görə alınmır, heç bilmirəm, başa düşmürəm. Təbii ki, mütəmadi uğursuz nəticələrin qeydə alınması yaxşı deyil. Görünən odur ki, komandada nəyisə dəyişmək lazımdır. Yəqin ki, millidəki futbolçular özlərinə inanmırlar".

Çertoqanov millinin Latviya ilə oyununu da şərh edib: "Latviya heç də zəif komanda deyil. Onlar həmişə yaxşı, möhkəm kollektiv olublar. İndi də belədir. Azərbaycan və Latviya eyni gücdə olan komandalardır".

Veteran futbolçu millinin DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı oyununun ağır keçəcəyini bildirib: "Hər şey bir-birinə bağlıdır və sanki komandada əsas problemlərdən biri də psixoloji durumdur. Futbolda inamsızlıq ən pis işdir. Komandaya dəstək olmaq lazımdır ki, uğurlu nəticələr qazana bilsin".

Qeyd edək ki, ukraynalı Çertoqanov 2006-2013-cü illərdə 52 oyunda Azərbaycan millisinin formasını geyinib.

İdman.biz

Избранный
8
2
idman.biz

3Источники