Alimlər təyyarə qəzası zamanı təyyarənin salonundakı hansı oturacağın ən təhlükəsiz hesab edilə biləcəyini araşdırıblar.
News24.az “Daily Star”a istinadən xəbər verir ki, təyyarənin quyruğunda əyləşən sərnişinlərin qəzadan sağ çıxmaq şansının daha yüksək olduğu açıqlanıb.
Mütəxəssislər izah edirlər ki, sağ qalma bir çox amillərdən asılıdır: təyyarənin növü, qəzanın xarakteri, çaxılma anı və sərnişinin təyyarədəki yeri.
Tədqiqat çərçivəsində ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının 1971-ci ildən bəri baş verən təyyarə qəzalarında sağ qalanlarla bağlı əldə etdiyi məlumatlar təhlil edilib.
Təhlil göstərib ki, ən yüksək sağ qalma səviyyəsi qanad tərəfdə oturan sərnişinlərdə qeydə alınıb - 69%. Statistika bu oturacaqları seçənlərin sağ qalma şansının daha yüksək olduğunu göstərsə də, hər bir qəzanın unikal olduğu diqqətə çatdırılıb. (Publika.az)