RU

Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi?

Bakı. Trend:

Son zamanlar turizm sektorunu yaxından dəstəkləyən bir sıradövlətlərdə olduğu kimi, Azərbaycanda da kazinoların fəaliyyətinəicazə verilməsi gündəmdədir.

Trend-inxəbərinə görə, millət vəkili Vüqar Bayramov bildirib ki, son illərmüxtəlif alətlər, eləcə də, kazinolar vasitəsilə fərqli dövlətlərdəgəlmə turizmin təşviq edilməsi müşahidə olunur.

“Bu, turizm sektorunda daxilolmalara birbaşa təsir etməkləyanaşı, gəlmə turizmi təşviq edir. Hazırda qlobal kazinosənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur. Sonillər bu sahədə artım dinamikası müşahidə olunmaqla yanaşı,proqnozlar da trendin davam edəcəyindən xəbər verir. Belə ki,2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub,2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədərdövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnoz edilir”,- deyə o vurğulayıb.

Deputat bildirib ki, Azərbaycana gələn turistlərin sayındakıartım turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavəistirahət və əyləncə obyektlərinin açılmasın daha daaktuallaşdırıb.

“Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinolarınfəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər. Beləki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçikolsa da, turizm gəlirlərinə görə daha öndədir. Tədqiqatlar göstərirki, bunun əsas səbəblərindən biri kimi kazino biznesininleqallaşdırılmasıdır.

2021-2022-ci illərdə Gürcüstanda mərc oyunları və kazinolarındövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib.2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyardABŞ dolları olub. 2024-cü ildə 20 mindən çox insan bu sahədəçalışıb. Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsixarici müştərilərdən, həmçinin, Azərbaycandan səfər edənturistlərdən daxil olur”, - deyə V.Bayramov fikrini tamamlayıb.

Избранный
2
10
az.trend.az

10Источники