RU

Azərbaycanda son 5 ayda doğulan üçəmlər



2025-ci ilin yanvar-aprel aylarında ölkədə 31 462 körpə doğulub.

Medicina.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə sözügedən göstərici azalaraq 10-dan 9.4-ə düşüb.

Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.4 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.6 faiz olub.

Bu ilin yanvar-aprel aylarında ölkədə 20 535 ölüm halı qeydə alınıb ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 6.2-dən 6.1-ə düşüb.

Həmçinin, ilin ilk beş ayında doğulan körpələrdən 1000-i əkiz, 42-si isə üçəm olub.



Избранный
24
1
medicina.az

2Источники