RU

Maşının önünə qəfil qaçan uşaq sürücüyə qorxu dolu anlar yaşatdı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində sürücüyə təhlükəli anlar yaşadan azyaşlı kameraya yansıyıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 19-da günorta saatlarında qeydə alınıb. Belə ki, yola qaçan uşaq yaşayış zonasında hərəkətdə olan maşına çırpılmaqdan son anda qurtulub. Kadrdan da göründüyü kimi, azyaşlı yaxınlaşmaqda olan maşını görsə də özünü avtomobilin önünə atıb. Xoşbəxtlikdən sürücü onu vaxtında görərək maşını saxlayıb. 

Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkədə paylaşıb. O, yaşayış yerində hərəkətdə olduğu üçün maşını 20 km/saat sürətlə idarə etdiyini rəy bölməsində bildirib.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
avtosfer.az

1Источники