ain.az, Azertag portalına istinadən məlumat yayır.
Zaqatala, 17 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 868,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 446 hektarı şirkətin özünə aid, 422,7 hektarı isə fermerlərə məxsus sahələrdir. Qısa müddətdir ki, təsərrüfatlarda tütün yığımına başlanılıb. İndiyədək ASC-nin rayonlarda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 150 ton yaş tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, bu il şirkət tərəfindən tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanılıb. Cari mövsümdə Şəkidə 396,1 hektar, Qaxda 198,1 hektar, Zaqatalada 192,7 hektar, Oğuzda 41,4 hektar, Balakəndə rayonunda isə 40,5 hektar sahədə tütün əkilib. Mövsümün ilk günlərində emal məntəqələri Balakən rayonu üzrə istehsalçılardan 119 ton, Zaqatala rayonu üzrə isə 31 ton yaş tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaş tütün kütləsindən 4,6 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.
Hazırda sahələrdə tütün yığımı ilə yanaşı, becərmə işləri də davam etdirilir, sahələr suvarılır, kultivasiya olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.