RU

Azərbaycanda beş ayda yaşayış evlərinin tikintisinə 1 milyard manatdan çox pul qoyulub

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,095milyard manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə 68,8% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında ölkənin iqtisadivə sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindənəsas kapitala 6,695 milyard manat və ya 2024-cü ilin müvafiq dövrüilə müqayisədə 0,8 faiz az investisiya yönəldilib. Neft-qazsektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalıb,qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə11,7 faiz artıb.

Ümumi sərmayənin 3,363 milyard manatı və ya 50,2 faizi məhsulistehsalı sahələrinin, 2,237 milyard manatı (33,4 faizi) xidmətsahələrinin, 1,095 milyard manatı (16,4 faizi) isə yaşayışevlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 49,8 faizidövlət, 50,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarıtərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78,1 faizitikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsaskapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 75,4faizini təşkil edib.

2025-ci ilin yanvar-may aylarında əsas kapitala yönəldilmişümumi investisiyanın 42,9 faizi sənaye, 23,5 faizi nəqliyyat vəanbar təsərrüfatı, 22,2 faizi tikinti, 2 faizi turistlərinyerləşdirilməsi və ictimai iaşə, hər biri 1,9 faiz olmaqlainformasiya və rabitə, təhsil, 1,5 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq, 1,4 faizi maliyyə və sığorta, 1 faizidövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,7 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, hər biri 0,4 faiz olmaqla əhaliyəsəhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə vəincəsənət sahəsində fəaliyyət, hər biri 0,1 faiz olmaqla inzibativə yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texnikifəaliyyət sahələrinə sərf edilib.

Избранный
11
az.trend.az

1Источники