RU

İran get-gedə raket atışlarının sayını azaldır

İran İsraillə toqquşması başlayan gündən İsrailə 425 balistik raket atıb. İlk gündən İran rəsmiləri birdəfəyə 1000, ya 2000 raket atacaqları barədə lovğalanırdılar. Əslində isə 5 gün ərzində raket atışlarının sayı get-gedə azalır.

İrandan raket atışlarında kəskin azalma:

13 iyun – 200 raket
14 iyun – 100 raket
15 iyun – 75 raket
16 iyun – 30 raket
17 iyun – 20 raket

Ola bilər ki, İran hərbi-siyasi rəhbərliyi raketlərə qənaət edir ki, uzun müddət müqavimət göstərə bilsin. Hər halda, İran 400-dən çox raketi yaşayış binalarına, rəsmi strukturların ofislərinin dağıdılmasına və Hayfadakı neft anbarına sərf edib. İsrail hərbçiləri atılan raketlərin 75%-ni zərərsişləşdirdikləri haqda bəyanat verirlər.

Избранный
12
moderator.az

1Источники