RU

38 yaşlı Tural Ələkbərov Qaraçuxurda saxlanılıb

Qaraçuxur qəsəbəsində narkokuryerlikdə şübhəli bilinən şəxsdən 3 kq marixuana aşkarlanıb.

Mia.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.

Избранный
2
9
mia.az

4Источники