RU

Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Tbilisi, 17 iyun, AZƏRTAC

Türkiyəyə rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstan ilə Türkiyə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi və iqtisadi sahələrdə əldə etdiyi əhəmiyyətli uğurlar diqqət mərkəzində olub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin artan dinamikasına diqqət çəkiblər.

Gürcüstan tərəfi Türkiyənin ölkənin ərazi bütövlüyü və işğalların tanınmaması siyasətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tərəflər parlamentlər arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib və əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. Parlamentlərarası dostluq qruplarının bu sahədə xüsusi rolu qeyd olunub.

Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə parlamentləri arasında üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyəti vurğulanıb və yaxın vaxtlarda parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırıldığı bildirilib.

Regional və beynəlxalq proseslərə də toxunuulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
10
2
azertag.az

3Источники