RU

Reanimasiya və anesteziologiya şöbəsinin müdiri: Tibb bacısı çatışmazlığı var

BAKI, 17 iyun. TELEQRAF

Reanimasiyalarda tibb bacısı çatışmazlığı var.

Bunu Yeni Klinikanın Reanimasiya və anesteziologiya şöbəsinin müdiri, həkim Emil Qasımov Teleqraf-a müsahibəsində deyib.

Həkim bildirib ki, bu sahədə bir xeyli problemlər var.

“Tibb bacıları ilə bağlı ciddi çatışmazlıq var və bu yöndə çox çətinlik çəkirik. Bizim dünya ölkələrindən bu sahədə nə kimi çatışmazlığımız var soruşsanız, mən məhz tibb bacısı çatışmazlığını deyərdim. Tibb Universitetinin tibb bacısı ixtisası üzrə ilk buraxılışı ötən il oldu. Düzdür, oradan məzun olanların da sayı o qədər çox deyil, amma onlar artıq xəstəxanalara yerləşdiriliblər. Bizim xəstəxanamızda da o məzunlardan var”.

Избранный
12
teleqraf.com

1Источники