Bu gün UEFA Avropa Liqasının 2025/2026 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək tədbir zamanı Azərbaycan Kubokunun son qalibi "Sabah" klubunun rəqibi müəyyənləşib.
Təmsilçimiz "səpələnməmişlər" səbətində yer alıb.
"Sabah"ın 4 potensial rəqibi olub:
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Şerif" (Moldova)
"Çelye" (Sloveniya)
"Spartak" (Trnava, Slovakiya)
Püşkə əsasən, "bayquşlar" "Çelye" ilə qarşılaşacaq. Sloveniya təmsilçisi ötən mövsüm UEFA Konfrans Liqasının 1/4 final mərhələsinədək irəliləyib.
Tərəflər arasında ilk oyun iyulun 10-da Bakıda baş tutacaq. Cavab qarşılaşması bundan 1 həftə sonra Sloveniyada keçiriləcək.
Püşkatma mərasimində "Sabah" klubunu baş icraçı direktor Ramin Həsənov təmsil edib.
Onu da əlavə edək ki, Avropa Liqasının finalı 2026-cı il mayın 20-də İstanbulun "Beşiktaş Park" stadionunda oynanılacaq.