BAKI, 17 iyun. TELEQRAF
“İran-İsrail müharibəsinin Ermənistan üçün gözlənilməz nəticələri ola bilər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan deyib.
“Müharibə nə qədər uzun davam edərsə, Ermənistan üçün bir o qədər gözlənilməz nəticələr olacaq”, - keçmiş prezident qeyd edib.
Sərkisyan bunun qarşısını almaq üçün hökuməti Ermənistanın aidiyyəti qurumlarını səfərbər etməyə çağırıb.