RU

Azərbaycan millisinin futbolçusu yeni klubu bəlli oldu

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli karyerasını Albaniyada davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, oyunçu Albaniyanın “Partizani” komandası ilə 1+1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə təmsilçisi “Boluspor”la sözləşməsi iyunun 30-da başa çatacaq yarımmüdafiəçi rəsmi icazə ilə “Partizani”nin məşqlərində iştirak edir.

Qeyd edək ki, Vüsal İsgəndərli “Boluspor”un heyətində 2024/2025-ci illər mövsümündə 22 oyunda 1 qol və 3 ötürmə ilə yadda qalıb.

Избранный
18
1
90deqiqe.az

2Источники