"Sabah"da növbəti ayrılıq baş verib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Masazır təmsilçisi mövsümün sonunda müqavilə müddəti başa çatan Con İrasabal ilə yollarını ayırıb. O, 2022-ci ildən “Sabah”ın formasını geyinib.
Qeyd edək ki, Con İrasabal “Sabah”ın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, komanda ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.