RU

Kvaratsxeliyanın Ronaldu - Messi müqayisəsi

BAKI. 17 iyun. TELEQRAF

Fransanın PSJ klubunun və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Kriştianu Ronaldu ilə Lionel Messi arasında müqayisə aparıb.

Teleqraf-ın məlumatına görə, 24 yaşlı hücumçu bu barədə "Faze Jason"a açıqlama verib.

"Ronaldu, yoxsa Messi? Ronaldunun oyunu xoşuma gəlir, amma Messi başqa planetdəndir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2024/2025 mövsümündə PSJ-nin heyətində Fransa çempionluğu, ölkə kuboku və UEFA Çempionlar Liqasını qazanmaqla, "trebl" edib. Onun Paris klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.

Избранный
10
teleqraf.com

1Источники