RU

Avropa Komissiyası Rusiya qazından tamamilə imtina etməyi təklif edib

Avropa Komissiyası (AK) 2027-ci ilin sonuna qədər Aİ ölkələrinin Rusiyadan təbii qaz almasına tam qadağa qoyulmasını təklif edib.

Editor.az bu barədə TASS-a istinadla məlumat yayıb.

Avropa Komissiyası həmçinin Aİ ölkələrinə 2026-cı ildən Rusiyadan qaz tədarükü üçün qısamüddətli müqavilələr və 2027-ci ilin sonuna qədər uzunmüddətli müqavilələr imzalamağı qadağan etməyi təklif edib. Bundan əlavə, Avropa Komissiyası Aİ Şurasında ixtisaslı səs çoxluğu ilə Rusiyadan qaz alışına qoyulan qadağanı təsdiq etməklə Aİ ölkələrinin veto hüququnu ləğv etməyi planlaşdırır.

İyunun 16-da Macarıstan və Slovakiya Avropa Komissiyasının Rusiya enerji təchizatından tamamilə imtina etmək planına veto qoyub.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto da xatırladıb ki, Budapeşt hazırda Ukraynanı elektrik enerjisinin 40%-dən çoxu ilə təmin edir. Bununla belə, o, bildirib ki, ölkə bu resursun Rusiya enerjisindən kəsiləcəyi təqdirdə ixracını dayandıra bilər.

//Gülnarə Abasova, Editor.az

Избранный
22
editor.az

1Источники