İspaniya La Liqası təmsilçisi "Vilyareal" heyətinə yeni futbolçu transfer edib.
Redaktor.az xəbər verir ki, "sarı sualtı qayıqlar" "Las Palmas"ın vingeri Alberto Moleyro ilə anlaşıblar.
21 yaşlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə bağlanıb. Sözügedən keçid "Vilyareal"a 16 milyon avroya başa gəlib.
Qeyd edək ki, Moleyro ötən mövsüm "Las Palmas"ın heyətində 35 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.