İtaliyalı müdafiəçi Dieqo Koppola karyerasını İngiltərədə davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu "Verona"dan Premyer Liqa təmsilçisi "Brayton"a keçib.
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 5 illik müqavilə imzalayıblar. Mətbuatda yayılan məlumatlara əsasən, sövdələşmənin maliyyə dəyəri təxminən 10 milyon avrodur.
Geridə qalan mövsümdə Koppola "Verona"nın heyətində bütün turnirlərdə 35 oyuna çıxaraq stabil çıxışı ilə yadda qalıb.
Hazırda gənc müdafiəçi Slovakiyada keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatında iştirak edən İtaliya yığmasının heyətindədir.
Qeyd edək ki, “Brayton” 2024/25 mövsümünü 61 xalla Premyer Liqada səkkizinci pillədə başa vurub.