RU

"Qarabağ" braziliyalı futbolçunun transferini elan edib

Portuqaliyanın “Torrense” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və müdafiəçi Dani Bolt heyətə cəlb edilib.

Klubumuzla 25 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

Избранный
22
1
report.az

10Источники