RU

“Barsa”nın futbolçusu əməliyyat olundu

İspaniya La Liqasını bu mövsüm qalib başa vuran "Barselona" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, kataloniyalıların müdafiəçisi Jerard Martin əməliyyat olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sağ əlinin sümüyündə sınıq olan ispaniyalının əməliyyatı uğurlu keçib.

23 yaşlı futbolçunun yeni mövsüm öncəsi baş tutacaq hazırlıq prosesinə qoşula biləcəyi qeyd olunub.

Qeyd edək ki, Jerard ötən mövsüm "Barsa"nın heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xorvatiya millisinin üzvü Super Liqa klubunda

Robertson “Atletiko”nun əsas transfer hədəfidir

“Napoli” Darvin Nunez ilə maraqlanır

Liqa 1 klubunda yeni baş məşqçi

Merih Demiral qərar verib: Səudiyyə Ərəbistanında qalacaq

Избранный
26
apasport.az

1Источники