RU

Təkcə cənubda deyil: 2025 ci ildə Avropanın ən yaxşı çimərlikləri açıqlandı

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Avropada çimərlik istirahəti bir çox turist üçün adətən Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya və ya Xorvatiya kimi cənub ölkələri ilə assosiasiya olunur. Lakin dünyanın ən böyük turizm nəşriyyatlarından biri olan "Lonely Planet" bu fikri dəyişməkdə israrlıdır.

Qaynarinfo xəbər verir ki, nəşrin tərtib etdiyi Avropanın ən yaxşı çimərlikləri siyahısında 2025-ci ilin birinci pilləsində Norveçin sərin iqlimli Lofoten adalarındakı Haukland çimərliyi qərarlaşıb.

"Lonely Planet" mütəxəssisləri bu çimərliyi belə təsvir edir: "Haukland çimərliyi qeyri-adi təbiəti ilə seçilir - qayalıq qranit zirvələri krem rəngli qumların və safir rəngli dənizin üzərində ucalır. Su heç vaxt 15°C-dən yüksək olmur, amma yenə də ora atılmaq istəyirsiniz".

İkinci yer İtaliyanın Sardiniya adasındakı Kala Qoloritse, üçüncü yer isə Şotlandiyanın Bernerey adasındakı Qərb çimərliyinə verilib.

2025-ci ildə Avropanın 20 ən yaxşı çimərliyi:

1. Haukland çimərliyi, Lofoten adaları, Norveç

2. Kala Qoloritse, Sardiniya adası, İtaliya

3 Qərb çimərliyi, Bernerey adası, Şotlandiya

4. Palombaja çimərliyi, Korsika adası, Fransa

5. İlyetas çimərliyi, Formentera adası, İspaniya

6. Barafandl körfəzi, Pembrokşir, Uels

7. Arrifana çimərliyi, Algarve, Portuqaliya

8. Kala Makarella, Menorka adası, İspaniya

9. Navayo çimərliyi, Zakinthos adası, Yunanıstan

10. Koll-Bayks çimərliyi, Mayorka adası, İspaniya

11. Porkarol adası, Fransanın Aralıq dənizi sahili

12. Raudasandur (Qırmızı çimərlik), Vestfirðir yarımadası, İslandiya

13. Praia das Katedrais, Qalisya, İspaniya

14. Sveti Stefan, Monteneqro

15. Lara çimərliyi, Cənubi Kipr

16. Zlatni Rat, Braç adası, Xorvatiya

17. Dueodde çimərliyi, Bornholm adası, Danimarka

18. Kim körfəzi, Mayo qraflığı, İrlandiya

19. Mirtos çimərliyi, Kefalliniya adası, Yunanıstan

20. Konyili çimərliyi, Siciliya adası, İtaliya

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
qaynarinfo.az

1Источники