Bakı, 17 iyun, AZƏRTAC
Basketbol üzrə Azərbaycan çempionu "Sabah" 2025/2026-cı illər mövsümündə FIBA Çempionlar Liqasında mübarizə aparacaq.
AZƏRTAC verir ki, Bakı klubu turnirin müntəzəm mövsümündə iştirak etmək hüququna yiyələnib.
Qeyd edək ki, komanda indiyədək yalnız təsnifat mərhələsində çıxış edib.