RU

Messi Roberto Baggiodan xüsusi köynək hədiyyə alıb

Argentina millisinin və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi əfsanəvi İtaliya futbolçusu Roberto Baggiodan hədiyyə alıb.

90deqiqe.Az xəbər verir ki, argentinalı ulduz bu barədə şəxsi sosial media hesabında paylaşım edib. O, Baggionun hədiyyə etdiyi köynəyin onun üçün xüsusi və mənalı olduğunu qeyd edib:

"Bu, necə də gözəl görünür! Bu xüsusi və mənalı hədiyyəyə və səmimi söhbətimizə görə təşəkkür edirəm, Roberto. Sən inanılmazsan və futbol üçün tarixi əfsanəsən. Bizim oyunumuzu izləməyə gələndə səni görmək həmişə xoşdur", – deyə Messi yazıb.

Qeyd edək ki, Roberto Baggio 1993-cü ildə “Qızıl top” mükafatının sahibi olub. O, karyerası ərzində iki dəfə İtaliya çempionu titulunu qazanıb – 1994/1995 mövsümündə “Yuventus”, 1995/1996 mövsümündə isə “Milan”ın heyətində çıxış edib.

Избранный
8
90deqiqe.az

1Источники