RU

Bakıda skuter sürən yeniyetmə avtobusa çırpıldı – vəziyyəti açıqlandı

  Skuter qəzasında xəsarət alan azyaşlıya ilkin tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb.

Referans xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.

Bildirilib ki, iyunun 17-də 2013-cü il təvəllüdlü şəxs bədənin müxtəlif yüngül xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ona tibbi yardım göstərilib və evə buraxılıb.

***

Bakının “Dərnəgül” metrosunun qarşısında 13 yaşlı oğlan skuter sürərkən 93 nömrəli marşrut avtobusuna çırpılıb.

Referans Teleqraf-a istinadən xəbər verir ki, yeniyetmənin hərəkətdə olan avtobusun qarşısına çıxması qəzaya səbəb olub.

Sürücü əyləci basa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Hadisə nəticəsində skuterdə olan iki nəfərdən biri baş və qol nahiyəsindən xəsarət alıb, digəri isə qəzadan salamat çıxıb.

Qəza yerinə dərhal təcili tibbi yardım çağırılıb.

Faktla bağlı araşdırma aparılır.  

whatsapp

Избранный
12
referans.az

1Источники