RU

"Arsenal" Benjamin Şeşkonun transferindən geri çəkildi

“Leypsiq”in hücumçusu Benjamin Şeşko ilə maraqlanan “Arsenal” hələlik transferi reallaşdırmaqdan uzaqdır.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi alman klubunun tələb etdiyi yüksək maliyyə şərtlərini – 80-100 milyon avro aralığında – qarşılamağa hazır deyil.

Hazırda “topçular” futbolçunun nümayəndələri ilə ilkin təmaslara başlasa da, sloveniyalı üçün hələlik rəsmi təklif göndərilməyib. Eyni zamanda şəxsi müqavilə ilə bağlı danışıqlar da yekunlaşmayıb – tərəflər şərtlər üzərində ortaq razılığa gələ bilməyiblər.

Qeyd edək ki, 22 yaşlı hücumçu 2024/25 mövsümündə “RB Leipzig”in heyətində Bundesliqada 13 qol vuraraq komandanın ən məhsuldar futbolçusu olub.

Избранный
11
90deqiqe.az

1Источники