RU

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat yoldaşı Kerola demensiyanın iki forması, o cümlədən aqressiv Stil-Riçardson-Olsevski sindromu diaqnozu qoyuldu.

 

Sfera.az bildirir ki, təqaüdçü amerikalı artıq dünyasını dəyişmiş həyat yoldaşının müalicəsi üçün 80 min dollarlıq borcunu ödəmək üçün supermarketdə işləməyə davam edir. Onun sevgi və sədaqət hekayəsi ona kömək etmək üçün vəsait toplayan yüzlərlə insana təsir edib.

 

“Mən ona söz vermişdim ki, evdə ona qulluq edəcəyəm və onu heç vaxt qocalar evinə qoymayacağam” - deyə Qari bildirir. 

 

Sevgi hekayəsi

 

 

Kişi baxıcılar işə götürərək sözünü tutub. 2020-ci ildə ölənə qədər o, gecə-gündüz həyat yoldaşının qayğısına qalıb.

 

 "Bütün borcları ödədim, ona görə müflis oldum" - deyə hələ ödəməli olduğu 80.000 dolları borcu olan təqaüdçü bildirir. 

 

Qarinin hekayəsi pul yardımları təşkil edən yerli sakin Duana Consona toxunub. 

 

"Onun təqaüdə çıxması və daha işləməməsi üçün kifayət qədər pul toplamağa çalışıram" - deyə Duana Conson müsahibəsində bildirib. 

 

Qısa müddətdə 40 min dollara yaxın vəsait toplaya biliblər.

 

"Ölkəmizdə bu qədər şəfqət və sevginin olduğunu görmək çox xoşdur" deyə Duana cəmiyyətin inanılmaz reaksiyasını şərh edib.

 

Qari təvazökarlığını saxlayır: 

 

“Mən nə qəhrəman, nə mələk, nə də şübhəsiz ki, müqəddəs deyiləm. Söz vermişdim ki, onu qocalar evinə göndərməyəcəm. Diaqnoz qoyulan gündən son nəfəsini verənə qədər onun qayğısına qalmışam - sadəcə ona belə söz verdiyim üçün".

 

Aysel

Избранный
23
1
sfera.az

2Источники