RU

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ

Azərbaycan Dövlət Televiziyası (AzTV) İranın sabiq prezidenti Mahmud Əhmədinejatın qətli ilə bağlı informasiyanın rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyini bildirərək, tamaşaçılardan üzr istəyib.

Bizim.Media xəbər verir ki, bununla bağlı televiziya kanalı bəyanat yayıb.

“20:00-da yayımlanan ‘AzTV Xəbər’ buraxılışında İranın sabiq prezidenti Mahmud Əhmədinejata sui-qəsd olunması ilə bağlı məlumat səsləndirilib.

Bu informasiya rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyi üçün tamaşaçılardan üzr istəyirik.”

Qeyd edək ki, Əhmədinejatın ofisi də yayılan məlumatları təkzib edib.

Bizim.Media

Избранный
19
bizim.media

1Источники