RU

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.

Axar.az Report-a istinadən məlumat verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, “Hunday Sonata” markalı avtomobil yolu keçmək istəyən piyadalar - Xalidə İbadulla qızı Cabbarovanı və Yeganə Ağacan qızı Əmrahovanı vurub.

Xalidə Cabbarova aldığı xəsarətlərdən hədisə yerində keçinib.

Ağır bədən xəsarətləri alan Yeganə Əmrahova isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Избранный
9
8
axar.az

9Источники