RU

Acun Ilıcalı ilk dəfə Fənər dən ayrılması barədə danışdı

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən günlərdə sürpriz şəkildə ''Fənərbaxça''da həm vitse-prezident vəzifəsindən, həm də idarə heyətindən ayrıldığını açıqlayan Acun Ilıcalı ilk dəfə bu qərarı haqda danışıb. "Football-plus.az" xəbər verir ki, eyni zamanda çempionşip təmsilçisi ''Hall Siti''nin prezidenti olan Ilıcalı ''Hall Deyli Meyl'' nəşrinə bunları deyib:

''Fənərbaxça''da bir il ərzində üzərimdə böyük bir məsuliyyət var idi və bununla qürur duyuram. Həm Dominik Cümhuriyyətində, həm də İstanbulda layihələri olan bir iş adamı, eyni zamanda ''Hall Siti''nin prezidenti kimi bütün işlərimi yaxşı səviyyədə təşkil etməyə çalışdım. Ancaq bunların hamısını eyni anda çatdırmaq asan olmadı. ''Fənər''in vitse-prezidenti vəzifəsini böyük məmnuniyyətlə yerinə yetirsəm də, digər tərəfdən bu, mənim üçün ağır bir yük oldu. Çünki işlərim onsuz da çox idi. ''Fənərbaxça''da uzun saatlar keçirməli oldum. Bu iş qrafikinə tab gətirmək çətin oldu. Hər halda supermen olmadığımı anladım. İstefamın səbəbləri ilə bağlı danışmaq istəmirəm. Bəzi şeylər gizli qalmalıdı. Klubun daxilində yaşananlar elə orda da qalmalıdı. Deyəcəyim sözlərlə bəzilərini incidə bilərəm. Mən isə bunu etmək istəmirəm. Sonda ayrılmaq qərarına gəldim və çox yaxşı dostum olan Əli Koçdan icazə istədim. O da sağ olsun, ayrılmağıma mane olmadı. Koç klubun adından bir açıqlama verərək gördüyüm işlərə dəyər verdiyini söylədi. Bu, mənim üçün böyük məna kəsb edir. Həmişəki kimi ''Fənərbaxça''nın böyük azarkeşi olmaqda davam edəcəm və bəzən oyunları izləmək üçün yenə stadiona gedəcəm. Geri boylandıqda həqiqətən də çətin dönəmdən keçdiyimi deyə bilərəm. ''Fənər''in demək olar, bütün ev və səfər maçlarında iştirak edərək klubu təmsil etdim. Bu, mənim üçün böyük fəxr olsa da, digər tərəfdən ''Hall Siti'' də mənim üçün az əhəmiyyət kəsb etmir. Deyə bilərəm ki, karyeramın ən çətin ilini geridə qoydum''.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
icma.az

2Источники