Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Qərbin Ukraynaya verdiyi texnologiya Moskvanı təlaşa saldı”
Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə ölkə üzərində Ukraynanın 147 ədəd PUA-sını vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA-lar Belqorod, Kursk, Bryansk, Voronej, Tver, Lipetsk, Oryol, Tambov, Tula və Moskva vilayəti ərazisi üzərində vurulub. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda İstanbulun başqa məkanla dəyişdirilməsindən söhbət getmir.
Onun sözlərinə görə, görüşlərin başqa məkanda keçirilməsi ilə bağlı hələlik heç bir söhbət olmayıb. Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, Rusiya ordusu Ukraynanın enerji sisteminə hücum planlaşdırır. Bütün nəzərlər Yaxın Şərqdəki vəziyyətə yetirildiyi üçün bu hücum indi daha az diqqət çəkə bilər: "Müvafiq məlumatlar partnyor kəşfiyyat xidmətlərimizdə var. Xüsusilə Ukraynadakı nüvə generasiya infrastrukturumuza Rusiyanın təhlükəsi ilə bağlı məlumatlar Ukraynanın energetika naziri tərəfindən MAQATE-yə və cənab Uitkoffa ötürülüb. Ukraynanın müdafiə naziri məlumatı ABŞ-dakı həmkarına çatdırıb". Prezidentin sözlərinə görə, Putinin ABŞ-yə verdiyi bütün vədlərə baxmayaraq, enerji şəbəkəsi də daxil olmaqla, Rusiya mülki hədəflərə zərbələr endirməkdə davam edir.

Təhlükəsizlik üzrə ekspert İlqar Altay "Sherg.az"a deyib ki, Rusiya prezidenti V.Putin, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh danışıqlarını uzatmaqla düşünürdü ki, bu arada hərbi gücünü artırıb, daha çox Ukrayna ərazisi ələ keçirərək, sülh sazişidnə daha güclü mövqe ilə, daha çox şərtlər irəli sürə biləcək. Ekspert bildirib ki, lakin Putin düşünmürdü ki, o arada Ukrayna və Qərb də boş oturmayacaq:
"Ukrayna Qərbin də dəstəyi ilə güclənə və üstün mövqeli ola bilərdi və görünür elə də oldu. Ötən gün Ukrayna ordusunun Rusiyada ən güclü və dağıdıcı əməliyyatı baş tutdu. Kütləvi dron hücumu ilə, müxtəlif Rusiya bölgələrində beş böyük hərbi hava bazasına hücum edildi. Xeyli sayda (45-dən çox) bahalı qırıcı və strateji bombardman, kəşfiyyat təyyarələri məhv edildi. Rusiya ordusu bu təyyarələr hesabına Ukraynaya hər dəfə dağıdıcı zərbələr endirirdi. Sual yaranır ki, Murmanskdan tutmuş İrkutska kimi, Ukraynadan 5000 km aralıdakı hərbi baza aerodromlara dron necə gedib çatıb? Özü də ki, kütləvi surətdə və həm Rusiya müdafiə sistemi bunu sezmədən? Ukrayna hərbi mərkəzi və bir çox şərhçilər buna izah verir ki, guya Rusiyanın ərazisinə yük iri maşınlarında dronlar göndərib, sonra o maşınlardan atılmışdır həmin dironlar. Nəsə, inandırıcı görsənmir bu versiya. Müxtəlif 5 Rusiya zonasına, şəhərlərinə o boyda tır maşınları içində yüzlərlə dron necə keçib və hərəkət edib, 5 min km məsafə, radiusda?! Dronu uçurtmaq, quş, göyərçin uçurtmaq deyil ki, qapısını aç tez yüzlərlə uçub getsin. Bunun üçün bir xüsusi yer, şərait, texniki imkan lazımdır. Məncə bu, Qərbin planıdır, texnoloji imkanıdır, Ukraynaya yaradıb".
İ.Altay bildirib ki, Ukrayna Qərbi ələ vermir və bunu öz üzərinə götürür:
"Vacib, bahalı strateji bombardmançı təyyarələr, bazaların dəqiq yerlərini kəşfiyyat ilə müəyyən et, yüzlərlə dronu Rusiyanın ən əlçatmaz, dərin bölgələrində məxfi yerləşdir. Belə dəqiq, həm effektli əməliyyat qur! Ukrayna tək bacararmı?! Hələ, Ukrayna döyüş bölgəsində də Rusiya ordu hissələrinə sərt, gözlənilməz zərbələrə başlanıb. ABŞ, Avropa bununla Kremlə deyir, "sənə sülhü uzatmaq oyunu sərf etməz!". Demək ki, Moskva içində belə istənilən nöqtə vurula bilər. Bundan sonra, Putin çətin bunkerdən çölə çıxa..".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.