RU

ABŞ və Böyük Britaniya danışıqlarında kuryoz hadisə Trampı üzr istəməyə məcbur etdi

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə mühüm diplomatik görüş zamanı gözlənilməz vəziyyətlə üzləşib və üzr istəmək məcburiyyətində qalıb. O, rəsmi materialların olduğu qovluğu açmağa çalışarkən təsadüfən Vaşinqton və London arasındakı strateji ticarət sazişinə aid demək olar ki, bütün sənədləri yerə salıb.

Oxu.Az-ın kp.ru-ya istinadla bildirir ki, hadisə hər iki ölkənin jurnalistləri və diplomatlarının gözü qarşısında baş verib.

Starmer diplomatik təmkin və yumor hissi nümayiş etdirərək dərhal reaksiya verib.

"Bu çox vacib sənəddir", - Britaniya baş naziri yüngül bir istehza ilə qeyd edib və yerə səpələnmiş kağızları yığmağa tələsib.

Tramp baş verənlərə görə dərhal üzr istəyib.

Ağ Evin rəhbəri bəyan edib ki, bu saziş ədalətli razılaşmadır və Avropa İttifaqının da belə müqavilələrə maraq göstərdiyini vurğulayıb. Tramp eyni zamanda Starmerlə münasibətlərini "həqiqətən əla" kimi qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
oxu.az

1Источники