RU

"İsrail sakinləri hazırda İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdir..."-"SEPAH"

İslam İnqilabı Keşikçiləri Korpusu ("SEPAH") Təl-Əviv rejiminin İran torpaqlarına təcavüzünə cavab olaraq çərşənbə günü səhər saatlarında İsrailə qarşı yeni hücum dalğasına başladıqdan sonra bəyanat yayıb.
 
Moderator.az xəbər verir ki, "Mehr" agentliyinin  yaydığı məlumata görə, bu bəyanatda  işğal olunmuş ərazilərə birinci nəsil "Fəttah" raketləri ilə hücum etdiyini açıqlayıb.
 
Bəyanatda əlavə edilib ki, "Fəttah" raketləri bu gecə İsrailin raketdən müdafiə sipərindən keçə bilib və sionist qorxaqların sığınacaqlarını dəfələrlə silkələyib.
 
“Bu gecəki raket hücumu göstərdi ki, biz işğal olunmuş ərazilərin səmasında tam nəzarəti ələ keçirmişik”, - deyə "SEPAH" bildirib və əlavə edib ki, İsrail sakinləri hazırda İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdirlər.
 
P.S. Müharibə zamanı əsas mübarizə vasitələrindən biri də dezinformasiyadır...
Избранный
11
moderator.az

1Источники